Astana şəhərində MDB PA-nın müşahidəçilərinin Parlament (Qurultay) seçkiləri iştirakçıları ilə görüşləri keçirilir

22 avqust 2026

Astana şəhərində MDB PA-nın müşahidəçilərinin Parlament (Qurultay) seçkiləri iştirakçıları ilə görüşləri keçirilir

MDB PA-nın müşahidəçiləri qrupun koordinatoru, Belarus Milli Assambleyası Respublika Şurasının  müavini İqor Brileviçin rəhbərliyi ilə Qurultay seçkilərində qısamüddətli monitorinq çərçivəsində Qazaxıstanın paytaxtında bir sıra görüşlər keçiriblər.

Belə ki, avqustun 21-də monitorinq qrupu Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovla Kurultay seçkilərinə hazırlığı müzakirə edib.

Həmin gün Qazaxıstanın xarici işlər nazirinin müavini Arman İsetovla da görüş keçirilib. Görüşdə seçkilərə hazırlıq, müşahidəçilərin işinin təşkili və seçki təhlükəsizliyi məsələləri müzakirə olunub.

Daha sonra Respublika Partiyasının, Qazaxıstan Xalq Partiyasının (QXP), “Baytaq” Yaşıllar Partiyasının rəhbərliyi ilə görüş keçirilib. Görüşlərdə hazırkı seçki kampaniyasının xüsusiyyətləri, partiyaların seçkiqabağı işi və digər seçki iştirakçıları ilə qarşılıqlı fəaliyyət müzakirə olunub.

Avqustun 22-də MDB PA-nın beynəlxalq müşahidəçi qrupu seçkilərə hazırlığın gedişini Ümummilli Sosial-Demokrat Partiyasının sədri, eləcə də “Auıl”, “Ak jol”, “Adilet” partiyalarının rəhbərliyi ilə müzakirə edib.

Partiya rəhbərləri apardıqları seçkiqabağı işlərdən danışıblar.

Qrupun koordinatoru İqor Brileviç bildirib ki, müşahidəçilər Qurultaya seçkilərdə iştirak edən bütün partiyaların nümayəndələri ilə görüşlər keçiriblər. O, namizədlərə müşahidəçilərlə birbaşa dialoq aparmağa hazır olduqlarına görə təşəkkür edib və MDB PA-nın nümayəndələrinin qərəzsizlik prinsiplərinə sadiq qaldığını, Qazaxıstanın daxili işlərinə qarışmamağı və onun vətəndaşlarının seçiminə hörmət etməyi vurğulayıb.

Qeyd edək ki, MDB PA-nın müşahidəçi missiyasına həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabina Salmanova və MDB PA Şurasının Baş katibinin müavini – Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov da daxil olublar.