Monitorinq Qrupu “Yeni Azərbaycan” Partiyasının rəhbərliyi ilə görüşüb
31 avqust 2024

MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər “Yeni Azərbaycan” Partiyasının Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovla Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığı müzakirə ediblər.
İclasın gündəliyində hakim partiyanın mövcud kampaniya çərçivəsində təşviqat siyasəti, seçki idarəetmə orqanları ilə qarşılıqlı fəaliyyət, regionlarda seçicilərlə dialoqun qurulması işləri yer alıb.
Qrupun koordinatoru, Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin bildirib ki, Azərbaycanda parlament seçkilərinin uzunmüddətli monitorinqi çərçivəsində müşahidəçilər seçki qanunvericiliyinin demokratik standartlara uyğunluğunu araşdırıb və seçki kampaniyasının hazırlanmasının gedişatını təhlil ediblər. Qrupun seçki məntəqələrin açıldığı andan izləyəcəyi səsvermənin sonunda müşahidəçilər alınan məlumatları ümumiləşdirəcək və qiymətləndirəcəklər.
Koordinator Azərbaycanda seçkilərə hazırlıq çərçivəsində görülən böyük işləri də qeyd edib.
MDB PA Şurasının Baş katibi Dmitriy Kobitski öz işində Assambleyanın beynəlxalq müşahidəçilərinin MDB dövlətlərində Demokratik seçki standartları, seçici hüquq və azadlıqları haqqında Konvensiyada təsbit olunmuş dövlət suverenliyinə hörmət, qərəzsizlik, effektiv yardım prinsiplərini rəhbər tutduqlarına diqqətə çəkib. “Yeni Azərbaycan” partiyasının nümayəndəsi MDB PA-nın Monitorinq Qrupunun 2024-cü ilin fevralında keçirilmiş prezident seçkilərinin müşahidəsinin nəticələrinə dair qiymətləndirmələrinin obyektivliyini qeyd edib. O, bu kampaniya çərçivəsində qrupun fəaliyyətinin də peşəkar olacağına əminliyini ifadə edib.
“Sizin işiniz demokratiyanın inkişafına, ölkələrimiz arasında parlamentlərarası əlaqələrin möhkəmlənməsinə və seçki qanunvericiliyinin təkmilləşdirilməsinə töhfədir”, – Tahir Budaqov qeyd edib.