Andrey Yatskin və Dmitriy Kobitski XİN-nin rəhbərliyi ilə Azərbaycanda seçki kampaniyasını müzakirə ediblər
30 avqust 2024

MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər qrupunun koordinatoru, Rusiya parlamentinin yuxarı palatasının birinci vitse-spikeri Andrey Yatskin və MDB PA Şurasının Baş katibi Dmitriy Kobitski, MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi Beynəlxalq institutunun direktoru İvan Muşket və Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov Bakıda Xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüblər.
Görüşdə beynəlxalq müşahidəçilərin seçkilərə dəvət kampaniyası, Respublikanın daxili işlərinə müdaxilə etmədən seçki proseslərinin qərəzsiz və obyektiv monitorinqinin vacibliyi müzakirə olunub.
MDB PA-dan olan müşahidəçilər MDB iştirakçısı olan dövlətlərdə demokratik seçki standartları, seçici hüquq və azadlıqları haqqında Konvensiyasında təsbit olunmuş prinsiplərə sadiq olduqlarını təsdiqləyiblər.