“Mənəvi imperativlər: Seçki dəyərləri” dəyirmi masаsı
12 sentyabr 2024

12 sentyabr 2024-cü il tarixdə “Rusiya dövlətçiliyinin mənəvi imperativləri: şəxsiyyət ləyaqəti, suverenlik, həmrəylik” adlı Birinci Belgorod hüquq Forumu çərçivəsində seçki dəyərlərinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirildi. Müzakirələrin mövzuları seçkilərə inamın formalaşması, seçki proseslərinə xarici müdaxilənin qarşısının alınması və seçkilərin beynəlxalq müşahidəsi İnstitutunun transformasiyası idi.
Dəyirmi masada MDB PA DİMBİ Bakı filialının əməkdaşları, elmi ictimaiyyətin nümayəndələri, Rusiya ali məktəblərinin professor-müəllim heyəti, seçki komissiyalarının əməkdaşları, Rusiya ali məktəblərinin tələbə və magistrantları iştirak ediblər.
Qeyd edək ki, birinci Belgorod hüquq Forumu doqquz ölkədən 1000-dən çox eksperti birləşdirib. Seçki mövzusundakı problemlərlə yanaşı, hüquqşünaslar hüquq və məhkəmə fəaliyyətindəki böhran hallarını, habelə müasir geosiyasi şəraitdə hakimiyyət orqanlarının, hüquq elminin nümayəndələrinin və real iqtisadiyyat sektorunun qarşılıqlı əlaqələrini müzakirə edirlər.