“Tavriya” Beynəlxalq Gənclər Diskussiya Klubunun iclası keçirilib

25 sentyabr 2024

“Tavriya” Beynəlxalq Gənclər Diskussiya Klubunun iclası keçirilib

Sentyabrın 24-də “Tavriya” Beynəlxalq Gənclər diskussiya klubunun “Seçkilərin və referendumların təşkili və keçirilməsi üçün yeni texnologiyalar: gənclərin baxışı” mövzusunda iclası keçirilib. 

İclasın təşkilatçısı MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın inkişafının monitorinq beynəlxalq institutu (MDB PA DİMBİ), birgə təşkilatçılar Leninqrad vilayətinin Seçki Komissiyası, Leninqrad vilayətinin İctimai Palatası və A.S. Puşkin adına Leninqrad Dövlət Universiteti (LDU) olub.

MDB PA DİMBİ və MDB PA DİMBİ Bakı filialının əməkdaşları, eləcə də seçkilərin inzibatçılığı orqanlarının, ictimai birliklərin nümayəndələri, tələbələr, aspirantlar, gənc alimlər, habelə MDB PA Şurası Katibliyinin Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan tərəfdaş universitetlərinin professor-müəllim heyəti əyani və onlayn formatda keçirilmiş iclasın iştirakçıları olublar.

Tədbirdə iştirakçılar gənc vətəndaşların hüquq mədəniyyətinin formalaşdırılması və seçki fəallığının artırılması, habelə seçki prosesinin informasiya dəstəyində gənclərin rolu ilə bağlı aktual məsələləri müzakirə ediblər.

Qeyd edək ki, görüş “MDB-də seçkilərin 30 illik beynəlxalq müşahidəsi: təcrübə və praktiki nəticələr” adlı beynəlxalq elmi-praktik konfransı çərçivəsində keçirilib.