MDB PA DİMBİ Bakı filialının direktoru Özbəkistan Respublikasının Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
25 sentyabr 2025

24 sentyabr 2025-ci il tarixində Bakı şəhərində Özbəkistan Respublikasının Müstəqillik Gününə və Özbəkistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli qəbul keçirilib.
Tədbirdə MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev də iştirak edib.
Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Özbəkistanın xarici siyasətinin prioritet istiqamətlərindən birinin Azərbaycanla hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, iki dövlət arasında möhkəm və etibarlı əlaqələrin qurulmasının əsasını dərin tarixi köklər, milli adət-ənənələrin, dil və mədəniyyətin ümumiliyi və yaxınlığı təşkil edir.
Qeyd edək ki, Özbəkistanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın dövlət qurum və idarələrinin nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Milli Məclisin deputatları, sahibkarlar, elm və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.