“Dünya ölkələrinin seçki sistemləri” VI Beynəlxalq Tələbə İnternet-olimpiadası start götürüb

22 sentyabr 2025

“Dünya ölkələrinin seçki sistemləri” VI Beynəlxalq Tələbə İnternet-olimpiadası start götürüb

“Dünya ölkələrinin seçki sistemləri” VI Beynəlxalq tələbə internet-olimpiadası 2025-ci il sentyabrın 22-dən noyabrın 21-dək keçiriləcək.

Olimpiadanın əsas məqsəd və vəzifələri gənc seçicilərin müasir cəmiyyətin demokratik inkişaf prinsipləri, parlamentarizm, vətəndaşların seçki hüquqları haqqında biliklərinin artırılmasından, tələbələrin yaradıcılıq qabiliyyətlərinin və dünya elmi biliklərinə maraqlarının inkişaf etdirilməsindən, istedadlı tələbələrin üzə çıxarılmasından və dəstəklənməsindən ibarətdir.

İnternet-olimpiadanın təşkilatçısı MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutu (MDB PA DİMBİ), həmtəşkilatçısı isə Saratov Dövlət Hüquq Akademiyasıdır.

İnternet-olimpiada MDB ölkələrinin ali təhsil müəssisələrinin tələbələri arasında keçirilir. Layihənin işçi dili rus dilidir.

İştirak etmək üçün İŞTİRAKÇININ ANKETİNİ doldurmalısınız. Bundan sonra olimpiadanın keçirilməsi sisteminə giriş məlumatları elektron ünvana göndəriləcəkdir.

Olimpiadanın tapşırıqlarına təklif olunanlardan düzgün cavab seçimi ilə qapalı testlər və iştirakçıdan təklif olunan suala mini esse şəklində (1500 simvoldan çox olmayan) cavab yazması tələb olunan açıq suallar daxildir.

Xatırladaq ki, “Dünya ölkələrinin seçki sistemləri” beynəlxalq tələbə internet- olimpiadası 2020-ci ildən etibarən hər il keçirilir.