9 May Azərbaycanda faşizm üzərində Qələbə günü kimi qeyd olunur
08 may 2025

Bu il tarixi Qələbənin 80 illiyi tamam olur. Bununla əlaqədar MDB PA DİMBİ Bakı filialının əməkdaşları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının general-mayoru Həzi Aslanovun abidəsini ziyarət etmiş, onun abidəsinə gül dəstələri qoymuş və müharibədə həlak olmuş bütün Azərbaycan oğullarının xatirəsini ehtiramla yad etmişlər.
Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbənin əldə olunmasına mühüm töhfə verib. Cəbhəyə Azərbaycanın 600 mindən çox oğul və qızları göndərilib. Onlardan 300 mindən çoxu döyüşlərdə qəhrəmancasına həlak olub. Müharibədə göstərdikləri şücaətə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.