Beynəlxalq Parlament Konfransı

30 oktyabr 2025

Beynəlxalq Parlament Konfransı

Oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransı keçirilib.

Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparıblar.

Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, 5 beynəlxalq təşkilatın təmsilçiləri iştirak ediblər. MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyini MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev təmsil edib.