MDB PA DİMBİ Bakı filialının əməkdaşları “Tavriya” beynəlxalq gənclər diskussiya klubunun iclasında onlayn iştirak ediblər

12 mart 2025

MDB PA DİMBİ Bakı filialının əməkdaşları “Tavriya” beynəlxalq gənclər diskussiya klubunun iclasında onlayn iştirak ediblər

Martın 11-də “Tavriya” beynəlxalq gənclər diskussuya klubunda “Seçki proseslərinin vizuallaşdırılması. Coğrafi xəritələr seçkiləri anlamağa necə kömək edir?” mövzusunda iclas keçirilib.

İştirakçılar xəritələrin verə biləcəyi məlumatı, onların siyasətdə istifadəsini və coğrafiyanın səsvermə seçimlərinə təsirini müzakirə ediblər.

İclasda MDB PA Şurasının Baş katibi Dmitri Kobitski iştirak edib.

MDB PA Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun direktoru İvan Muşket qeyd edib ki, diskussiyada 8 Birlik ölkəsinin 15 universitetinin tələbələri, aspirantları və gənc alimləri iştirak ediblər.

Açıq mikrofon formatında iştirakçılar yaşayış yerinin seçki seçimlərinə necə təsir etdiyini və seçki-coğrafi xəritənin nə vaxt təhlil və ya təbliğat vasitəsinə çevrilməsini müzakirə ediblər. Həmçinin, xəritələrdən istifadənin etik aspektlərinə də diqqət yetirilib.

Qeyd edək ki, onlayn keçirilən tədbirə Azərbaycanın Qərbi Kaspi Universitetinin tələbə və müəllim heyəti də qatılıb.