MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasına seçkilərin monitorinqində iştirak edib
03 mart 2025

2 mart 2025-ci ildə VII çağırış Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasına deputat seçkiləri baş tutub. Seçki prosesinin monitorinqini MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər, o cümlədən Birliyin 7 ölkəsindən olan parlamentlərin nümayəndələri həyata keçiriblər. Qrupun işini Özbəkistan Respublikası Senatının Məhkəmə-Hüquq məsələləri və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komitənin sədri Abdulhakim Eşmuratov koordinasiya edib.
Seçkiləri Birlik ölkələrinin deputatları və senatorları ilə birlikdə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin rəhbərlik etdiyi Assambleyanın vəzifəli şəxsləri, həmçinin MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun rəhbərliyi və ekspertləri müşahidə ediblər.
MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupunun tərkibində Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Mirzəzadə və Anatoli Rafailov, həmçinin MDB PA Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev iştirak ediblər.
Qısamüddətli monitorinqin həyata keçirilməsi zamanı MDB Parlamentlərarası Assambleyasından olan qrup bir sıra görüşlər keçirmiş, o cümlədən Tacikistan Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmadali Vatanzoda, Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının (SRMK) sədri Baxtiyar Xudoyerzoda və Tacikistan Xalq Demokratik Partiyası sədrinin birinci müavini Malikşo Nematzoda ilə görüşmüşlər.
Görüşlər zamanı qrupun koordinatoru, Özbəkistan Respublikasının senatoru Abdulhakim Eşmuratov qrupun işini işıqlandırıb və dəvətə görə Tacikistan parlamentinin rəhbərliyinə öz təşəkkürünü bildirib.
Səsvermə günü müşahidəçilər Tacikistanda 103, həmçinin Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Belçika, BƏƏ, Cənubi Koreya, Türkiyə və Fransadakı xarici seçki məntəqəsində olublar.
Seçkilərin nəticələrinə görə, MDB PA-dan olan beynəlxalq müşahidəçilər belə nəticəyə gəliblər ki, parlament seçkiləri Tacikistan Respublikasının seçki sahəsində milli qanunvericilik normalarına və beynəlxalq öhdəliklərinə uyğun olaraq, seçki prosesinin bütün iştirakçılarının hüquq və azadlıqlarına riayət olunmaqla keçirilib.