MDB PA DİMBİ Bakı filialı 2024-cü il üzrə hesabatını açıqlayıb

13 mart 2025

MDB PA DİMBİ Bakı filialı 2024-cü il üzrə hesabatını açıqlayıb

Martın 12-də MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının 2024-cü ildə gördüyü işlərin yekununa dair iclas keçirilib. Tədbir Sankt-Peterburq və Bakı arasında videokörpü formatında keçirildi.

Tədbiri MDB PA Şurasının Baş katibinin müavini – MDB PA DİMBİ-nin direktoru İvan Muşket açıb. O qeyd edib ki, görüşdə Azərbaycan Respublikası parlamentarilərinin və Mərkəzi Seçki Komissiyası nümayəndələrinin iştirakı Filialın işinin əhəmiyyətini və vacibliyi vurğulayır.

İclasda MDB PA Şurasının Baş katibi Dmitri Kobitski, MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov, institutun ekspertləri və Katibliyin əməkdaşları iştirak ediblər.

MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev 2024-cü ildə görülən işlərin yekunları barədə məlumat verib. 

Dmitri Kobitski Filialın müxtəlif istiqamətlərdə böyük həcmdə iş apardığını qeyd edib. O əlavə edib ki, bu fəaliyyətin əhəmiyyəti Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən də qeyd olunub.

Arzu Nağıyevin sözlərinə görə, Azərbaycan parlamentariləri Filialın layihələrini dəstəkləməyə və onun tədbirlərində iştirak etməyə hazırdırlar.

İlkin Şahbazov Azərbaycanda seçki kampaniyaları dövründə filialın gənclərlə böyük maarifləndirmə işləri apardığını bildirib.

Aydın Cəfərov qeyd edib ki, Filial Milli Məclis və Mərkəzi Seçki Komissiyası ilə fəal əməkdaşlıq edir. Səlahiyyətli nümayəndə MDB məkanında seçki sahəsində toplanmış təcrübənin mübadiləsini vacib hesab edir.

Filialın işinin müzakirəsi zamanı bütün tədbirlərin plana uyğun olaraq keçirildiyi qeyd olunub.