MDB-də seçkilərin beynəlxalq müşahidəsi İnstitutunun 30 illiyi

21 noyabr 2024

MDB-də seçkilərin beynəlxalq müşahidəsi İnstitutunun 30 illiyi

Noyabrın 21-də Tavriya sarayında MDB Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə “MDB-də seçkilərin 30 illik beynəlxalq müşahidəsi: təcrübə və praktiki nəticələr” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransın iştirakçıları MDB PA – ya üzv dövlətlərin senatorları, deputatları və parlament nümayəndələri, beynəlxalq təşkilatların, dövlət orqanlarının, Seçki administrasiyasının nümayəndələri, ictimai təşkilatların rəhbərləri və nümayəndələri, elm adamları və ekspertlər, MDB PA Şurası Katibliyinin tərəfdaş universitetlərinin tələbə və aspirantları idi.

Konfrans çərçivəsində iki panel müzakirəsi keçirilib.

İlk panel müzakirəsi “Seçki və referendumların beynəlxalq müşahidəsi və vətəndaşların seçki hüquq və azadlıqlarının qorunması” mövzusuna həsr edilib.

İkinci panel müzakirəsi “Seçkilər və referendumların beynəlxalq və ictimai müşahidəsi” mövzusuna həsr olunmuşdu. 

Azərbaycan Respublikasında 2024-cü il seçki kampaniyalarının keçirilməsi və yeniliklərinin xüsusiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin üzvü, MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri Nizami Səfərov tərəfindən nəzərdən keçirilmişdir.

Tədbirdə MDB PA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev iştirak ediblər.

Qeyd edək ki, MDB PA DİMBİ Bakı filialının əməkdaşları da online formatda tədbirində iştirak ediblər.