“Elektoral təhlükəsizlik: müasir şəraitdə çağırışlar” mövzusunda Beynəlxalq dəyirmi masa keçirilib

13 noyabr 2026

“Elektoral təhlükəsizlik: müasir şəraitdə çağırışlar” mövzusunda Beynəlxalq dəyirmi masa keçirilib

13 noyabr 2026-cı ildə “Elektoral təhlükəsizlik: müasir şəraitdə çağırışlar” mövzusunda Beynəlxalq dəyirmi masa keçirilib. Tədbirin təşkilatçıları Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (MDB PA) və MDB PA-nın iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutu (MDB PA DİMBİ) olub.

Dəyirmi masa zamanı elektoral təhlükəsizlik anlayışı, elektoral təhlükəsizlik və elektoral suverenitetin nisbəti, seçkilərin beynəlxalq monitorinqi institutunun rolu və dövlətin elektoral təhlükəsizliyinin təmin edilməsi, həmçinin bu sahədə beynəlxalq standartlarla bağlı məsələlərə baxılıb.

Tədbirdə MDB PA Şurası Katibliyinin və MDB PA DİMBİ rəhbərliyinin nümayəndələri, Birliyə üzv ölkələrin parlamentlərinin və seçki orqanlarının nümayəndələri, MDB iştirakçı olan dövlətlərin sahəvi əməkdaşlıq orqanları, MDB PA DİMBİ Bakı filialının əməkdaşları (videokonfrans formatında), alimlər, ekspertlər və digər iştirakçılar iştirak ediblər.