“Dünya ölkələrinin seçki sistemləri” VII Beynəlxalq tələbə İnternet-olimpiadası keçirilib
13 noyabr 2026

12 noyabr 2026-cı il tarixində MDB PA DİMBİ Bakı filialı onlayn formatda “Dünya ölkələrinin seçki sistemləri” VII Beynəlxalq tələbə internet-olimpiadasını keçirib.
İnternet-olimpiadanın əsas məqsəd və vəzifələri gənc seçicilərin müasir cəmiyyətin demokratik inkişaf prinsipləri, parlamentarizm və vətəndaşların seçki hüquqları haqqında bilik səviyyəsini artırmaqdan ibarətdir.
İnternet-olimpiadada rekord sayda – Azərbaycanın 17 Universitetindən 500-dən çox tələbə iştirak edib. Həmin Universitetlərdən beşi bölgələri – Gəncə, Lənkəran və Mingəçeviri təmsil edir.
İnternet-olimpiadanın nəticələri açıqlandıqdan sonra qaliblərin adları elan olunacaq. Qaliblər diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.
Qeyd edək ki, internet-olimpiadanın təşkilatçısı MDB PA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutudur (MDB PA DİMBİ).