17–22 may tarixlərində Bakıda “Dağ yaşayış məntəqələrinin Davamlı İnkişafı” forumu keçiriləcək
01 aprel 2026

Tədbir Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində baş tutacaq. Təşkilatçılar MDB Parlamentlərarası Assambleyası, Şimali Qafqaz elmi əməkdaşlıq Təşkilatı, «Avrasiyanın birləşmiş şəhərləri və yerli hakimiyyət orqanları» Beynəlxalq Assosiasiyası və Rusiya Federasiyasındakı BMT-nin Məskunlaşma Proqramıdır (UN-Habitat).
Diskussiyanın əsas məqsədi dağlıq regionların davamlı inkişafı sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təcrübələrin yayılmasıdır.
Gündəlikdə:
- dağlıq ərazilərin əhalisinin hüquq və maraqlarının qorunması;
- dağlıq yaşayış məntəqələrinin inkişafı üçün hüquqi şərait;
- əhalinin axınının qarşısının alınması tədbirləri;
- MDB iştirakçısi olan dövlətlər üçün Dağlıq ərazilərin Davamlı İnkişafı Model Konsepsiyasının tətbiqi;
- yerli hakimiyyət orqanlarının iqlim dəyişikliyinə adaptasiyada rolu.
Xüsusi diqqət MDB PA-nın model sənədlərinə və onların MDB ölkələrində tətbiqinə ayrılacaq.
2024-cü ildə Assambleya “Dağlıq ərazilərin inkişafı haqqında” model qanuna (2020) əsaslanan Dağlıq Ərazilərin Davamlı İnkişafı Model Konsepsiyasını qəbul edib. Bu konsepsiya həmin regionların inkişafına kompleks yanaşmanı nəzərdə tutur.