Bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova doğum gününü qeyd edir
19 mart 2026

Mart ayının 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Əli qızı Qafarova doğum gününü qeyd edir.
Sahibə Qafarova IV, V, VI və VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2020-ci ildən Azərbaycan parlamentinə rəhbərlik edir. 2024-cü ildə yenidən spiker vəzifəsinə seçilib.
Filologiya elmləri doktoru, professor, 70-dən çox elmi və tədris-metodiki işlərin, proqram və dərs vəsaitlərinin müəllifi olan Sahibə Qafarova dövlətçiliyin, parlamentarizmin və beynəlxalq əməkdaşlığın inkişafına və möhkəmlənməsinə mühüm töhfə verir.
Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvüdür. MDB Parlamentlərarası Assambleyasının “Birlik” ordeni və “Parlament əməkdaşlığının möhkəmləndirilməsi” medalı ilə təltif edilib.
MDB PA DİMBİ Bakı filialının kollektivi Sahibə xanım Qafarovanı bu əlamətdar gün münasibətilə təbrik edir, möhkəm can sağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayır.