“Təhlil və proqnozlaşdırmada metodoloji yanaşmalar: kontent analiz” mövzusunda təlim
10 aprel 2026

10 aprel 2026-cı il tarixində Bakıda “Təhlil və proqnozlaşdırmada metodoloji yanaşmalar: kontent analiz” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara kontent analiz metodunun əsas prinsipləri, tətbiq imkanları və təhlil prosesində rolu haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, kontent analiz müxtəlif mətn və məlumatların sistemli şəkildə araşdırılmasına, əsas tendensiyaların müəyyən edilməsinə və daha dəqiq proqnozların hazırlanmasına imkan yaradır. Təlim çərçivəsində mövzu üzrə praktiki nümunələr təqdim olunub və iştirakçılarla interaktiv müzakirələr aparılıb.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və onların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə MDB PA DİMBİ Bakı filalının əməkdaşları da iştirak ediblər.