15 İyun Milli Qurtuluş günüdür!

15 iyun 2026

15 İyun Milli Qurtuluş günüdür!

Müstəqil Azərbaycanın bugünkü uğurlarının əsasında dayanan ən mühüm tarixi hadisələrdən biri 15 İyun – Milli Qurtuluş Günüdür.

Bu tarix yalnız siyasi hakimiyyət dəyişikliyi deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi, dövlətçiliyin qorunması və xalqın rifahının təmin olunması istiqamətində atılmış həlledici addımdır.

1993-cü ildə Azərbaycan ağır siyasi böhran yaşayırdı. Dövlət idarəçiliyi zəifləmiş, iqtisadiyyat tənəzzülə uğramış, torpaqlarımız işğal altında qalmışdı. Ölkədə hökm sürən xaos və anarxiya dövlət müstəqilliyini ciddi təhlükə altına qoymuşdu. Belə bir şəraitdə xalqın yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yeni mərhələ başlandı.

İlk növbədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları gücləndirildi, qanunçuluq bərpa olundu, vətəndaşların dövlətə inamı qaytarıldı.

Milli Qurtuluş Günü yalnız keçmişə aid tarix deyil. Bu gün həm də Azərbaycanın gələcəyinə işıq tutan, dövlətçilik ənənələrimizi möhkəmləndirən və milli birliyimizi gücləndirən mühüm tarixi hadisədir.