“Birlik övladları” XI Beynəlxalq Mədəni və Təhsil Forumu

16 iyun 2026

“Birlik övladları” XI Beynəlxalq Mədəni və Təhsil Forumu

İyunun 16-da Tacikistan Respublikasının Xucənd şəhərindəkiArbobMədəniyyət sarayındaBirlik övladları” Forumunun açılış mərasimi keçirilib. MDB ölkələri parlamentlərinin başçıları tədbir iştirakçılarına və təşkilatçılarına salamlarını göndəriblər.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova forumda çıxış etdi.  “Birlik övladları” Forumu gəncləri dostluq, hörmət və qarşılıqlı anlaşma kimi ortaq dəyərlər ətrafında birləşdirir.

Forum Birlik xalqlarının tarixi, mədəniyyəti və adətnənələri ilə tanış olmaq, bilik və təcrübə mübadiləsi aparmaq və yeni dostlar qazanmaq üçün unikal bir fürsət təqdim edir. Bu cür layihələr ölkələrimizin gənc nəsillərini dostluq, hörmət və qarşılıqlı anlaşma kimi ortaq dəyərlər ətrafında birləşdirir”.

Azərbaycanda ənənəvi olaraq gənc nəslin tərbiyəsinə, təhsilinə və hərtərəfli inkişafına xüsusi diqqət yetirilir, çünki məhz gənclər cəmiyyətin əsas yaradıcı potensialı və dövlətin davamlı inkişafının ən vacib amilidir.

Dövlətimiz onların potensialının üzə çıxarılması, müasir bilik və bacarıqların formalaşdırılması, milli ənənələrə, mədəni müxtəlifliyə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması üçün lazımi şərait yaradır. Məhz buna görə də “Birlik övladları” Forumu kimi layihələr ölkələrimizin gənc nəsillərini dostluq, hörmət və qarşılıqlı anlaşma kimi ortaq dəyərlər ətrafında birləşdirərək xüsusi əhəmiyyət kəsb edir.