“Yeni dövrün Azərbaycanı” beynəlxalq elmi konfrans
12 may 2026

MDB PA DİMBİ Bakı filialının direktor müavini Nigar Əliyeva və Filialın müşaviri Nəzrin Axundova Bakı Slavyan Universitetində (BSU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Yeni dövrün Azərbaycanı” beynəlxalq elmi konfransında iştirak ediblər.
Tədbirdə BSU-nun rektoru Anar Nağıyevin çıxışından sonra millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, millət vəkili Rizvan Nəbiyev, filologiya elmləri doktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova, və Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun rektoru Bahodir Xolikov çıxış ediblər.
Rəsmi hissə bitəndən sonra tədbir bədii hissə ilə davam edib.