Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü
10 may 2026

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar MDB PA DİMBİ Bakı filialının kollektivi və MDB PA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov Fəxri Xiyabanı ziyarət ediblər.
Onlar Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin abidələri önünə gül dəstələri qoyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.