“Seçkilərin monitorinqi təşkilatları və onların dövlətin siyasi sisteminin inkişafında rolu” mövzusunda Beynəlxalq elmi konfrans
10 dekabr 2024

09 dekabr 2024-cü il tarixdə “Seçkilərin monitorinqi təşkilatları və onların dövlətin siyasi sisteminin inkişafındakı rolu” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi.
Tədbir Beynəlxalq gənclər parlament məktəbi çərçivəsində debat formatında keçirilib.
İntellektual yarışda tərkibinə MDB ölkələrinin ali təhsil müəssisələrinin tələbələri daxil olan, Sankt-Peterburq, Birlik və Xalqlar Dostluğu Yığma komandaları mübarizə apardılar.
Debatların mükafatçıları 343 xal toplayan və “Tamaşaçı simpatiyası” mükafatını qazanan Xalqlar Dostluğu Yığma komandası və 362 xalla Birlik Yığma komandası oldu.
Debatların qalibi, 390 xal toplayan Sankt-Peterburq Yığma komandası oldu.
Qeyd edək ki, MDB PA DİMBİ Bakı filialı “Seçkilərin monitorinqi təşkilatları və onların dövlətin siyasi sisteminin inkişafında rolu” mövzusunda beynəlxalq elmi konfransda onlayn formatda iştirak edib.