MDB PA DİMBİ Bakı filialının əməkdaşları “Tavriya” beynəlxalq diskussiya klubunun “Media və seçicilərin seçkilər və referendumlar institutuna inamının formalaşmasına onların təsiri
07 noyabr 2024

MDB PA DİMBİ Bakı filialının əməkdaşları “Tavriya” beynəlxalq diskussiya klubunun “Media və seçicilərin seçkilər və referendumlar institutuna inamının formalaşmasına onların təsiri: gənclərin baxışı” mövzusunda iclasında iştirak ediblər
Noyabr ayının 7-də “MDB-də seçkilərin beynəlxalq müşahidəsinin 30 illiyi: təcrübə və praktik nəticələr” beynəlxalq elmi-praktik konfransı çərçivəsində “Tavriya” Beynəlxalq Gənclər diskussiya klubunun “Media və seçkilər və referendumlar institutuna seçicilərin inamının formalaşmasına onların təsiri: gənclərin baxışı” mövzusunda iclası keçirilib.
İclasın təşkilatçısı MDB PA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutu, birgə təşkilatçılar Saratov Dövlət Hüquq Akademiyası və V.F. Yakovlev adına Ural Dövlət Hüquq Universitetidir.
Qarışıq formatda keçirilən iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistanın ali təhsil müəssisələrindən 450-dən çox tələbə, aspirant, gənc alim və digərləri iştirak edib.
Ekspertlər, seçkiləri inzibatçılığı orqanlarının, ictimai birliklərin rəhbərləri, MDB PA Şurası Katibliyinin tərəfdaş ali təhsil müəssisələrinin müəllimləri, MDB PA DİMBİ və onun Filiallarının əməkdaşları da həmçinin klubun iclasının iştirakçıları oldular.
Diskussiyalar zamanı Birlik ölkələrinin ali təhsil müəssisələrinin tələbələrinin 50-dən çox çıxışları olub. Tələbələr çıxışlarında təsdiqlənmiş faktlar barəsində susmadan və faktları gizlətmədən məlumat verilməsinin lazım olduğunu vurğuladılar.
Klubun iclasına MDB PA Şurası Katibliyi rəhbərinin müavini – MDB PA DİMBİ-nin direktoru, hüquq elmləri doktoru, professor İvan Müşket yekun vurub. O, öz çıxışında vurğulayıb: “Etimad – vicdanlılığa, səmimiyyətə, ədalətə inamdır, bu, medianın fəaliyyətində riayət etməli olduğu dürüstlük və ədəblilikdir, çünki media məhz vətəndaşların inandıqları görüntüləri yayımlayır”.
Qeyd edək ki, səsləndirilən fikirlər “MDB-də seçkilərin beynəlxalq müşahidəsinin 30 illiyi: təcrübə və praktik nəticələr” konfransının iştirakçılarına göndəriləcək və onun yekun qətnaməsinə daxil ediləcək.