MDB PA DİMBİ Bakı filialı Təşəkkürnamə ilə təltif olunub
07 fevral 2026

7 fevral 2026-cı ildə Bakıda “Gənclərin Töhfəsi” İctimai Birliyinin (GTİB) fəaliyyətinin 15 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikasının deputatları, müxtəlif dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai fəallar, media təmsilçiləri və könüllü gənclər iştirak ediblər.
Tədbirdə MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun Bakı filialı gənclər sahəsində həyata keçirilən layihələrdə göstərdiyi dəstək, “Gənclərin Töhfəsi” İctimai Birliyi ilə uzunmüddətli və səmərəli əməkdaşlığa görə Təşəkkürnamə ilə təltif olunub.
Tədbirin sonunda “Gənclərin Töhfəsi” İctimai Birliyinin rəhbərliyi tərəfindən gələcək dövr üçün strateji hədəflər, yeni layihə və təşəbbüslər barədə məlumat verilib, gənclərlə iş sahəsində fəaliyyətin daha da genişləndirilməsinin prioritet olduğu bildirilib.
Qeyd edək ki, “Gənclərin Töhfəsi” İctimai Birliyi fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycanda gənclərin sosial, intellektual və vətəndaş cəmiyyəti sahəsində inkişafına yönəlmiş çoxsaylı layihələr həyata keçirir.