MDB PA-dan olan müşahidəçilər Azərbaycanda 145 məntəqədə olublar
01 sentyabr 2024

Azərbaycan Respublikasında Milli Məclisə seçkilər başa çatıb. MDB PA-dan olan beynəlxalq müşahidəçilər, koordinator – Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin başda olmaqla yekun müşavirə keçirərək, aparılmış müşahidələr haqqında məlumatları bölüşüblər.
Müşahidəçilər qeyd ediblər ki, ilk dəfə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən seçkilər, yüksək təşkilati səviyyədə keçirilib, müşahidəçilər öz işlərini maneəsiz həyata keçirə biliblər.
Seçki komissiyaları üzvlərinin yüksək hazırlıq səviyyəsi, səsvermənin təşkili, videomüşahidə, sənədlərin yoxlanılması sistemi də xüsusilə qeyd olunub.
İclasda MDB PA Şurasının Baş katibi Dmitriy Kobitski iştirak edib. Səsvermənin monitorinqində Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan parlamentariləri, həmçinin MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi Beynəlxalq institutunun ekspertləri iştirak ediblər. Onlar Bakıda və regionlarda seçki məntəqələrində müşahidələr aparıblar.