COP29-da fəal iştirak edən MDB PA DİMBİ Bakı filialının əməkdaşlarına Prezidentin Təşəkkürnaməsi təqdim olunub
28 dekabr 2024

Bu gün MDB PA DİMBİ Bakı filialının iki nəfər əməkdaşına BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Təşəkkürnaməsi təqdim olunub.
MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev COP29 konfransının ölkəmiz, eləcə də dünya üçün əhəmiyyətini vurğulayıb və əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 ali qərar qəbul edən orqandır və hər il dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Bu il 29-cu sessiyası Bakıda keçirilən tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qatılıb və qonaqlar arasında 80 Prezident, Vitse-prezident və Baş nazir olub.