Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində MDB PA DİMBİ Bakı filialının direktoru ilə Belarus Respublikasının səfiri arasında görüş keçirilib

29 aprel 2026

Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində MDB PA DİMBİ Bakı filialının direktoru ilə Belarus Respublikasının səfiri arasında görüş keçirilib

Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev və Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Dmitri Pineviç arasında görüş keçirilib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, eləcə də gələcək inkişaf perspektivlərini müzakirə ediblər. MDB Parlament Assambleyası çərçivəsində tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə, müvafiq sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsinə və təcrübə mübadiləsinə xüsusi diqqət yönəldilib. Tərəflər MDB Parlamentlərarası Assambleyası da daxil olmaqla, beynəlxalq parlament platformalarında əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər.

Görüş iştirakçıları müntəzəm dialoqun aparılmasının və tərəflər arasında peşəkar qarşılıqlı əlaqənin inkişafına və dostluq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Görüşün sonunda tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsində və yeni birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdə həmçinin, MDB PA DİMBİ Bakı filialının direktor müavini Nigar Əliyeva və Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müşavir-elçisi Vladimir Çuşev iştirak ediblər.