26 yanvar 2025-ci ildə Belarus Respublikasında növbəti prezident seçkiləri keçirilib.
28 yanvar 2025

MDB Parlamentlərarası Assambleyasının Azərbaycan Respublikasından olan nümayəndə heyətinə Milli Məclisin deputatları Sabir Hacıyev və Xanlar Fətiyev, həmçinin Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov daxil olub.
Müşahidəçilər qeyd ediblər ki, seçkilər yüksək səviyyədə təşkil olunub, səsvermənin gedişini maneəsiz izləmək üçün onlara hər cür şərait yaradılıb.
Həmçinin seçki komissiyaları üzvlərinin yüksək hazırlıq səviyyəsi, səsvermə prosesinin təşkili, seçicilərin fəallığı qeyd olunub.