Valentina Matviyenko “Dostluq” ordeni ilə təltif edilib
12 aprel 2019

Prezident İlham Əliyev Valentina Matviyenkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
V.Matviyenko bu ordenlə Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif edilib.