MDB PAA-nın beynəlxalq müşahidə qrupunun üzvləri Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədlərlə görüşmüşlər

10 aprel 2018

MDB PAA-nın beynəlxalq müşahidə qrupunun üzvləri Azərbaycan Respublikası Prezidenti seçkilərində  namizədlərlə görüşmüşlər

MDB PAA-nın beynəlxalq müşahidə qrupunun üzvləri 10 aprel 2018-ci ildə  Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə namizədlərlə görüşmüşlər.

Görüşlər, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovla, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevlə və Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyevlə baş tutmuşdur.

MDB PAA-nın beynəlxalq müşahidə qrupu bu görüşlərdə namizədlər üçün yaradılan şərait, imkanlar, namizədlərin təşviqat kampaniyasının gedişi və sair məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.