MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev Bakı filialının cari ilin fəaliyyətilə bağlı məruzə ilə çıxış etdi

01 dekabr 2023

MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev Bakı filialının cari ilin fəaliyyətilə bağlı məruzə ilə çıxış etdi

231 dekabr 2023-cü ildə MDB PA Şurası Katibliyinin 2023-cü ildə Filialların fəaliyyətlərinin yekunu və 2024-cü il üçün İş planın icrası ilə bağlı MDB PA DİMBİ filialları ilə müşavirə keçirildi.

Müşavirədə MDB PA Şurası Katibliyinin rəhbəri – Baş katib Dmitriy Kobitskiy, MDB PA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA Şurası Katibliyi rəhbərinin müavini, MDB PA DİMBİ-nin direktoru İvan Müşket, MDB PA DİMBİ filiallarının direktorları, MDB PA Şurası Katibliyinin şöbə müdirləri,  MDB PA DİMBİ-nin şöbə müdirləri, əməkdaşları və digər şəxlər iştirak ediblər.

MDB PA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov qeyd etmişdir ki, Bakı filialı 2023-cü il üçün olan iş planını uğurla yerinə yetirmişdir.

MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev məruzə ilə çıxış edərək işin yekunlarından, o cümlədən Filialın “Heydər Əliyev – müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi”, “Dövlət gənclər siyasəti vətəndaş cəmiyyətinin inkişaf amili kimi və “Sosial islahatların Azərbaycan Respublikasının ictimai-siyasi həyatında vətəndaşların iştirakına təsiri” mövzusunda elmi monoqrafiyaların nəşrindən danışıb. Ramin Rzayev filial əməkdaşlarının MDB PA-nın iştirakçı dövlətlərində keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirakından və bəzi dövlət və qeyri-dövlət qurumları ilə qarşılıqlı əlaqələrindən danışıb.

Daha sonra MDB PA DİMBİ-nin digər filiallarının direktorları hesabatlarla çıxış ediblər. Həmçinin, MDB PA Şurası Katibliyinin şöbə müdirləri və müşavirə iştirakçıları MDB PA DİMBİ filiallarının fəaliyyəti ilə bağlı bəzi məsələləri müzakirə ediblər.

Müşavirə 2024-cü il üçün yeni fəaliyyət planları və MDB PA DİMBİ filiallarının qarşısında duran mühüm vəzifələrin həlli yollarının müzakirəsi ilə yekunlaşıb.