MDB PA-dan olan beynəlxalq müşahidəçilər Prezidentliyə namizəd Fuad Əliyev ilə seçki qərargahında görüş keçiriblər

04 fevral 2024

MDB PA-dan olan beynəlxalq müşahidəçilər Prezidentliyə namizəd  Fuad Əliyev ilə seçki qərargahında görüş keçiriblər

4 fevral 2024-cü il tarixdə MDB PA-dan olan beynəlxalq müşahidəçilərin Prezidentliyə nazmizəd Fuad Əliyevlə görüşləri baş tutub.

MDB PA Şurası Katibliyi rəhbərinin müavini – MDB PA DİMBİ-nin direktoru İvan Müşket bildirib ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərdə seçkilərin və referendumların beynəlxalq müşahidəsi prinsipləri haqqında” Bəyannamənin müddəalarına əsasən, beynəlxalq müşahidəçilər faktiki və yoxlanıla bilən materiala əsaslana bilən rəylərin verilməsində obyektivlik prinsipini rəhbər tutmalıdırlar. Məhz buna görə seçkilərə hazırlığın gedişi barədə birbaşa seçki prosesinin təşkilatçılarından və iştirakçılarından “birinci əldən” məlumat almaq vacibdir.

Prezidentliyə namizəd Fuad Əliyev seçkiqabağı proqramını təqdim edib. O qeyd edib ki, seçkiqabağı proqramının müddəalarından biri ŞƏT və AİƏT ilə münasibətlərin inkişafından ibarətdir.

Namizəd MSK-nın işini müsbət qiymətləndirib və TV və radioda təşviqat üçün əlavə vaxtın müsbət təsir göstərdiyini qeyd edib. Fuad Əliyev bildirib ki, onun seçki məntəqələrində 6300-ə yaxın müşahidəçisi olacaq.