İstanbulda Valentina Matviyenko və Sahibə Qafarovanın görüşü baş tutub
16 aprel 2026

İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri, MDB Parlamentlərarası Assambleyası Şurasının Sədri Valentina Matviyenko ilə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova arasında görüş keçirilib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edib, həmçinin beynəlxalq gündəliyin əsas mövzuları ilə bağlı fikir mübadiləsi aparıblar.
Valentina Matviyenko Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün əhəmiyyətli potensialın mövcud olduğunu qeyd edib. “Biz Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə yönəlmişik”, – deyə o vurğulayıb. Federasiya Şurasının Sədri Azərbaycanın Prezidenti və birinci vitse-prezidentinə ən xoş arzularını çatdırmağı xahiş edib.
Rusiya parlamentinin yuxarı palatasının rəhbəri 2024-cü ildə AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması ilə bağlı fəsadların nizama salınması prosedurunun ötən gün başa çatdırılmasının vacibliyini qeyd edərək, Azərbaycan tərəfinə başsağlığı verib.
Milli Məclidin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamını çatdırıb və iki ölkə arasında hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə sadiq olduğunu təsdiqləyib.
Federasiya Şurasının Sədri xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidentinə İrandan Rusiya vətəndaşlarının təxliyəsində, həmçinin Rusiyadan İran xalqına humanitar yardımın Azərbaycan ərazisindən çatdırılmasının təmin edilməsində göstərdiyi köməyə görə minnətdarlığını bildirib.
Tərəflər Rusiya və Azərbaycan parlamentarilərinin təmaslarının müntəzəm xarakterini vurğulayıb və MDB Parlamentlərarası Assambleyası və Parlamentlərarası İttifaq daxil olmaqla, beynəlxalq parlament platformalarında ənənəvi olaraq yüksək səviyyədə ikitərəfli əməkdaşlığı qeyd ediblər.
Görüşdə MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski iştirak edib.