İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası
24 iyun 2026

İyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının (İƏTPİ) 20-ci sessiyasının açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tədbir iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Milli Məclisin sədri Sahibə Qafarova səsləndirib.
Açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib.
Milli Məclisin sədri, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının sədri Sahibə Qafarova açılış nitqi ilə çıxış edib.
Konfransda sessiyanın gündəliyindəki məsələlərə baxılıb. Əvvəlcə bir sıra təşkilati məsələlər müzakirə olunub. Təşkilatın yeni büro üzvləri müəyyənləşdirilib. İƏT Pİ-də Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov sessiyanın məruzəçisi seçilib. Həmçinin, təşkilatın Baş katibinin hesabatı təsdiqlənib və digər məsələlər nəzərdən keçirilib.
Tədbirdə Azərbaycan Respublikası MDB PA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA Şurası Katibliyinin ekspert-analitik idarəsinin rəisi Denis Juk və MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev də iştirak ediblər.