Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

15 may 2018

Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa yazı müsabiqəsinin  qalibləri mükafatlandırıldı

MDB PAA DİMBİ Bakı filialı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil edilən “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa yazı müsabiqəsi qaliblərinin  15 may 2018-ci il tarixində  mükafatlandırılması mərasimi keçirildi.

Qeyd etmək lazımdır ki, inşa yazı müsabiqəsinin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar olaraq onun  zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi olmuşdur.

Müsabiqə işlərinin qiymətləndirilməsindən sonra, 1-ci, 2-ci və 3-cü yerləri tutan qaliblər müəyyən olmuş, onlara və fərqlənən daha iki iştirakçıya diplom, hədiyyələr təqdim edilmişdir.

Qeyd: inşa yazı müsabiqəsi Bakı şəhəri Nərimanov rayonunda həyata keçirilmişdir.