Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub

25 noyabr 2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub.

Mehriban Əliyeva bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb.