Qazaxıstan Respublikası Ali Məhkəməsində görüş keçirildi

13 mart 2026

Qazaxıstan Respublikası Ali Məhkəməsində görüş keçirildi

MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər qrupu Qazaxıstan Respublikası Ali Məhkəməsində olub və İnzibati işlər üzrə məhkəmə kollegiyasinin sədri Aslan Tukiyevlə görüşüblər.

Görüş zamanı respublika referendumunun hazırlanması və keçirilməsi zamanı məhkəmələrin işinin təşkili, yeni Konstitusiya layihəsinə uyğun olaraq məhkəmə hakimiyyətinin fəaliyyəti, eləcə də rəqəmsal məkanda Qazaxıstan vətəndaşlarının hüquqlarının qorunması məsələləri müzakirə edilib.

MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər qrupunun koordinatoru, Azərbaycan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov bildirib ki, MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın inkişafinin monitorinqi beynəlxalq institutunun ekspert qrupu yeni Konstitusiyanın qəbulu ilə bağlı respublika referendumunun keçirilməsini tənzimləyən Qazaxıstanın qanunvericiliyini təhlil edib və onun beynəlxalq standartlara uyğun olduğu qənaətinə gəlib.

O, həmçinin Qazaxıstan Ali Məhkəməsinə respublika referendumunun keçirilməsinə hazırlığın uzunmüddətli monitorinqi üzrə ekspert qrupunun hesabatını təqdim edib.