MDB Parlamentlərarası Assambleyasının Monitorinq qrupu Qazaxıstan Respublikasında Mərkəzi Referendum Komissiyasının sədri ilə görüşüb

14 mart 2026

MDB Parlamentlərarası Assambleyasının Monitorinq qrupu Qazaxıstan Respublikasında Mərkəzi Referendum Komissiyasının sədri ilə görüşüb

14 mart 2026-cı il tarixində MDB Parlamentlərarası Assambleyasının Monitorinq qrupu Qazaxıstan Respublikasında Mərkəzi Referendum Komissiyasının sədri Nurlan Abdirovla görüşüb.

Görüşdə, Qazaxıstan Respublikası MSK sədri Nurlan Abdirov ümumxalq səsverməsi ərəfəsində Mərkəzi Komissiyanın gördüyü işlər barədə müşahidəçilərə ətraflı məlumat verib.

Qrupun koordinatoru, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov monitorinq mərhələləri və qrupun Qazaxıstandakı fəaliyyəti barədə məlumat verib.

MDB PA Şurasının Baş katibi Dmitriy Kobitski Assambleyanın tədbirlərində fəal iştirakına görə Qazaxıstan MSK-ya təşəkkür edib. O, Qazaxıstan tərəfinin yüksək açıqlığını qeyd edib.

Görüşdə, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və MDB PA Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun Bakı filialının direktoru Ramin Rzayev də iştirak ediblər.