MDB PA-dan olan müşahidəçilər Qazaxıstan Respublikasında referendumun monitorinqində iştirak edirlər
15 mart 2026

15 mart 2026-cı ildə Qazaxıstan Respublikasında yeni konstitusiya ilə bağlı Respublika referendumu keçirildi. MDB iştirakçı dövlətlərinın Parlamentlərarası Assambleyasından olan müşahidəçilər Astana, Akmola vilayətində, eləcə də doqquz ölkədə keçirilən xarici seçki məntəqələrində Konstitusiya referendumunun monitorinqini həyata keçiriblər.
MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupunun koordinatoru, Azərbaycan Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov və MDB PA Şurasının Baş katibi Dmitri Kobitski Astanada 128 saylı səsvermə məntəqəsində monitorinqə başlayıblar.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bəxtiyar Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun Bakı filialının direktoru Ramin Rzayev də MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupunun tərkibində səsvermənin müşahidəsində iştirak ediblər.
Müşahidəçilər müşahidə apardıqları seçki məntəqələrinin vaxtında açılmasını, komissiya üzvlərinin öz yerlərində olmalarını, səsverənlər üçün bütün lazımi informasiya materiallarının hazırlandığını qeyd ediblər.
Beynəlxalq müşahidəçilər seçki komissiyasının sədri və məntəqədəki Milli müşahidəçilərlə də söhbət ediblər.
Bundan əlavə, MDB PA DİMBİ-nin Bakı filialının əməkdaşları Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində açılmış seçki məntəqəsində də səsvermənin gedişini izləyiblər.