“Dünya ölkələrinin seçki sistemləri” adlı V Beynəlxalq tələbə internet-olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
16 dekabr 2024

16 dekabr 2024-cü il tarixdə MDB PA DİMBİ Bakı filialında “Dünya ölkələrinin seçki sistemləri” adlı V Beynəlxalq tələbə internet-olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
İnternet-olimpiadanın keçirilməsinin məqsədi gənc seçicilərin müasir cəmiyyətin demokratik inkişaf prinsipləri, dünya ölkələrinin seçki sistemləri, parlamentarizm və vətəndaşların seçki hüquqları barəsində biliklərinin artırılmasından, istedadlı tələbələrin müəyyənləşdirilməsi və dəstəklənməsindən ibarətdir.
İnternet-olimpiadada Azərbaycanın 14 ali təhsil müəssisəsindən 206 tələbə iştirak edib.
İnternet-olimpiadanın nəticələrinə görə birinci yeri Azərbaycan Universitetinin tələbəsi Mələk Şərifzadə, ikinci yeri İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbəsi Lalə Abdullayeva, üçüncü yeri Azərbaycan Dillər Universitetinin tələbəsi Cahan Orucova tutub.