MDB PAA DİMBİ Bakı filialı 2019-cu ilin iş planınında nəzərdə tutulmuş “Gənc nəslin inkişafında dövlət siyasəti” adlı elmi-araşdırma işinə başlamışdır. Elmi-araşdırma işinin aparılmasında əsas məqsəd Azərbaycan Respublikasında gənclərlə bağlı dövlətin qəbul etdiyi proqramların icrası, gənclərin ictimai həyatda iştirakını təmin edən və stimullaşdıran tədbirlər, eyni zamanda gənclərin özlərinin fərdi və birgə fəaliyyətlərinin öyrənilməsidir.