Бакинский филиал МИМРД МПА СНГ завершил научное исследование роли органов местного самоуправления
12/09/2019
В Санкт-Петербурге начал работу VII Российско-Азербайджанский молодежный форум
24/09/2019
Show all

MDB PAA DİMBİ Bakı filialının direktoru E. İmaməliyev və Bakı Dövlət Universitetinin tələbəsi Ç.Əliyeva Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər etmişlər

MDB PAA DİMBİ Bakı filialının direktoru E. İmaməliyev və 26.04.2019-cu il tarixində MDB PAA DİMBİ Bakı filialı tərəfindən Bakı Dövlət Universitetinin bir qrup tələbələri arasında “Seçki hüququ və seçki prosesi məsələləri”nə dair keçirilən viktorinanın qalibi Ç.Əliyeva 16 sentyabr 2019-cu ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB iştirakçı-dövlətlərinin Parlamentlərarası Assambleyasının Parlament mərkəzində keçirilən “MDB PAA iştirakçı-dövlətlərində parlamentarizmin inkişafı” adlı final yarışmasında iştirak etmişlər.

Tədbir elmi debatlar şəklində Birlik ölkələrindən olan tələbələr arasında keçirilmişdir.

Konfransı giriş sözü ilə açaraq, Baş Katib – MDB PAA Şurasının Katibliyinin rəhbəri Dmitriy Kobitskiy iştirakçılara müraciət etmişdir.

Əsas debatlar zamanı MDB PAA iştirakçı-dövlətlərindən: Azərbaycan Respublikası, Qazaxstan Respublikası, Qırğız Respublikası, Moldova Respublikası və Rusiya Federasiyasından olan tələbələr intellektual mübahisənin aparılması bacarıqlarını nümayiş etdirirdilər. İştirakçılar iki komanda— MDB PAA iştirakçı-dövlətlərinin ali təhsil müəssisələrinin tələbələrinin yığma komandasını və Sankt-Peterburq və Leninqrad vilayətinin tələbələrinin yığma komandasını təşkil etmişlər. Debatlar zamanı tələbələr aşağıdakı suallara öz cavablarını faktlarla sübut etmişlər: praktik demokratiyaya dair dərslik hazırlamaq mümkündürmü? demokratiyanı ixrac etmək mümkündürmü? dövlətin inkişafı üçün hansı idarəetmə forması daha üstündür parlament və ya prezident? iqtisadiyyatda inteqrasiyaya yönəlmiş müasir dövlətlər inteqrasiya proseslərini siyasi sahəyə yaymalıdırlarmı?

Komandaların cavablarını politologiya, sosiologiya və beynəlxalq münasibətlər sahəsində tanınmış ekspertlər, məşhur siyasətçilər və MDB ölkələrinin seçkilərin inzibatlaşdırılması orqanlarının nümayəndələrindən olan peşəkar münsiflər heyəti qiymətləndirirdi.

Üç raund üzrə MDB PAA iştirakçı-dövlətlərinin ali təhsil müəssisələrinin tələbələrinin yığma komandası daha güclü oldu, lakin diplom və xatirə hədiyyələri münsiflərin fikrinə görə debatlarda özlərini mükəmməl göstərən hər iki komandanın üzvlərinə təqdim edilmişdir.