MDB PAA Şurası Katibliyinin rəhbəri – Baş Katib vəzifəsini müvəqqəti icra edən D.A. Kobitskiy 11.04.2019-cu il tarixində MDB PAA DİMBİ Bakı filialında olmuşdur. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da səlahiyyətli nümayəndəsi A.M. Cəfərov, MDB PAA DİMBİ Bakı filialının direktoru E.B. İmaməliyev və filial əməkdaşları iştirak etmişdir.
MDB PAA Şurası Katibliyinin rəhbəri – Baş Katib vəzifəsini müvəqqəti icra edən D.A. Kobitskiy görüşdə Bakı filialının fəaliyyəti ilə yaxından tanış olmuş və görülən işlər ətrafında müəyyən müzakirələr aparmışdır.