Azərbaycan Texniki Universiteti ilə MDB PAA DİMBİ Bakı filialı arasında ikitərəfli əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalanmışdır
10/10/2018
В Баку обсудили вопросы совершенствования государственной поддержки защиты прав и свобод человека
12/10/2018
Show all

MDB PAA DİMBİ Bakı filialı “Azərbaycan Respublikasında insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir

MDB PAA DİMBİ Bakı filialı 10 oktyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.
Tədbirdə müxtəlif ictimaiyyət və elm xadimləri, professor-müəllim heyəti, ekspertlər, ziyalılar, müxtəlif QHT nümayəndələri, KİV-lər, TÜRK PA-dan olan nümayəndələr və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikasında insan hüquqlarının təşəkkül və inkişaf tarixi, bu sahədə həyata keçirilən islahatlar, beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində qəbul, ratifikasiya və implementasiya edilən qanunlar, əldə olunan təcrübə barədə geniş müzakirələr aparılmış və MDB PAA DİMBİ Bakı filialının hazırladığı broşuralar (paylama materialları) iştirakçılara paylanılmışdır.