Кишиневский филиал МИМРД провел круглый стол «Интернет и избирательная кампания»
26/09/2018
AZƏRBAYCAN PARLAMENTİNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ İCLAS KEÇİRİLDİ
26/09/2018
Show all

MDB PAA DİMBİ Direktor müavini E.V. Qoloulina MDB PAA DİMBİ Bakı filialında olmuşdur.

“Azərbaycan parlamentinin 100 illiyi” təntənəli tədbirinə dəvət alan MDB PAA DİMBİ Direktor müavini E.V. Qoloulina 20-23 sentyabr 2018-ci il tarixlərində bu tədbirdə iştirak etmək üçün Bakıda olmuşdur.
Səfər çərçivəsində o, sentyabrın 21-də MDB PAA DİMBİ Bakı filialına baş çəkmişdir. Azərbaycan respublikası Milli Məclisinin MDB PAA-da səlahiyyətli nümayəndəsi olan A.M. Cəfərov, MDB PAA DİMBİ Bakı filialının Direktoru E.B. İmaməliyev və əməkdaşlarının iştirak etdiyi görüşdə E.V. Qoloulina Bakı filialını fəaliyyətinin 10 illiyi münasibəti ilə təbrik etdi.
Filialın gördüyü işlər, həyata keçirdiyi tədbirlər və dərc etdiyi kitablarla tanış olan qonaqla perspektiv aktual məsələlər müzakirə edildi.