Межгосударственный проект «Великая Победа, добытая единством» пройдет в странах СНГ в 2018-2020 годах
26/04/2018
Российские парламентарии отмечают праздник — День парламентаризма
27/04/2018
Show all

“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa yazı müsabiqəsinin keçirilməsinə start vermişdir

26.04.2018-ci ildə Bakı şəhərində 200 və 43 saylı orta məktəbləri birləşdirən Məktəb Lisey Kompleksində MDB PAA DİMBİ Bakı filialı tərəfindən bu məktəblərin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa yazı müsabiqəsinə start verilmişdir.

İnşa yazı müsabiqəsinin keçirilməsində məqsəd gənclər tərəfindən müstəqil Azərbaycan dövlətinin memarı olan Ümummilli lider Heydər Əliyev siyası kursunun öyrənilməsi və onların biliklərinin artırılmasıdır.

Müsabiqə qaydalarına əsasən işlər 04 may 2018-ci ilədək qəbul edildikdən sonra qaliblər seçim əsasında müəyyən ediləcək və 08 may 2018-ci il tarixdə elan ediləcəkdir. 1-ci , 2-ci və 3-cü yerləri tutan qaliblər diplomlarla təltif olunacaq və ilk beşliyə hədiyyələr təqdim olunacaqdır.