Секретариат Совета МПА СНГ
23/02/2018
День защитника Отечества отмечают в странах СНГ
23/02/2018
Show all

MDB PAA –dan olan müşahidəçi qrupunun üzvləri Sankt-Peterburqun Kalininskiy rayonunun 17 saylı seçki məntəqəsini ziyarət etmişlər.

MDB PAA-dan olan beynəlxalq müşahidə qrupunun koordinatoru Ziyafət Əsgərov Rusiya Federasiyası Prezidenti seçkilərinin uzunmüddətli monitorinqi çərçivəsində Sankt-Peterburqun Kalininskiy rayonunun 17 saylı ərazi seçki komissiyasına baş çəkmiş və onun sədri Vasili Demkinlə görüşmüşdür.

Elə həmin gün MDB PAA-dan olan qrup üzvləri Piskaryev memorial qəbristanlığını ziyarət edərək “Ana-Vətən” abidəsi önünə əklil qoymuşlar.

Görüş və ziyarətdə  həmçinin  Azərbaycan Respublikası Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsi sədrinin müavini Rauf Əliyev, MDB PAA  baş katibinin müavini – Azərbaycan Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, həmçinin MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev iştirak etmişdir.