Директор Бакинского филиала МИМРД МПА СНГ совершил поездку во Владимирскую область в ходе долгосрочного мониторинга выборов Президента Российской Федерации
20/02/2018
Очередное заседание Совета постпредов стран СНГ прошло в Минске
21/02/2018
Show all

MDB PAA DİMBİ Bakı filialının Direktoru Elman İmaməliyev RF Prezidenti seçkiləri ilə əlaqədar Moskva vilayətinə səfər etmişdir

MDB PAA DİMBİ Bakı filialının Direktoru Elman İmaməliyev 18 mart   2018-ci ildə Rusiya Federasiyası Prezidenti seçkilərinin təşkili və keçirilməsinə hazırlığın gedişini müşahidə etmək üçün bu ölkəyə səfər etmişdir.

19.02.2018-ci ildə RF Vladimir vilayətində başlayan monitorinq 20 fevral 2018-ci il tarixdə Moskva vilayəti üzrə davam etmişdir. Həmin gün Moskva vilayətinin seçki komissiyasını ziyarət edən E.B İmaməliyev seçki komissiyasının sədri  İ.A. Konovalova  ilə görüşmüşdür. Görüşdə RF Prezidenti seçkilərinin təşkili və keçirilməsinə hazırlıq çərçivəsində görülən işlər, eləcədə RF Prezidenti seçkilərinə hazırlıq və onun keçirilməsi üzrə Tədbirlər Planı əsasında icra olunmuş və icrası nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində MDB PAA DİMBİ Bakı filialının Direktoru Elman İmaməliyev Moskva vilayətinin müxtəlif seçki məntəqələrinə baş çəkmişdir.

19 – 20 fevral 2018-ci il tarixlərində əldə olunan məlumatlar və monitorinqlə bağlı fikirlər 21 fevral 2018-ci il tarixində RF Sankt-Peterburq şəhərində beynəlxalq müşahidəçilər üçün təşkil olunacaq dəyirmi masada E.B. İmaməliyev tərəfindən səsləndiriləcəkdir.