В Москве состоялась встреча членов Совета МПА СНГ Октая Асадова и Вячеслава Володина
08/02/2018
Депутаты Парламента Республики Молдова собрались на весеннюю сессию
08/02/2018
Show all

Moskva şəhərində MDB PAA Şurasının üzvləri Oqtay Əsədov və Vyaçeslav Volodinin görüşü baş tutmuşdur

Moskva şəhərində Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri  Vyaçeslav Volodinlə görüşü baş tutmuşdur.

Görüş Azərbaycan nümayəndə heyətinin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25-illiyinə həsr edilmiş səfəri çərçivəsində keçmişdir.

Vyaçeslav Volodin vurğulamışdır ki, Rusiya-Azərbaycan dialoqunun əsasında  mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri durur. “Bizim tərəfdaşlıq iki dövlətin maraqlarına cavab verir” deyən Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri bununla yanaşı beynəlxalq tədbirlərdə birgə səylərin əlaqələndirilməsinin vacibliyini qeyd etmişdir.

Görüşdən sonra MDB PAA Şurasının üzvləri Oqtay Əsədov və Vyaçeslav Volodin Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25-illiyinə həsr edilmiş sərginin açılış mərasimində iştirak etmişlər.

Azərbaycan Respublikası Milli Məclisinin Spikeri Oqtay Əsədov sərginin təşkil edilməsinə görə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına, xüsusilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyinin işləri, avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr  üzrə Komitəsinə, Heydər Əliyev Fonduna və Azərbaycanın Rusiyadakı Səfirliyinə təşəkkürünü bildirmişdir. “Bu sərgi Dövlət Dumasında bu formatda keçirilən ilk sərgidir və o Azərbaycana həsr edilmişdir. Mən əminəm ki, bu cür görüşlər, bu cür sərgilər Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafı və dərinləşməsinə yardım edəcəkdir”.